AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
Metbuat.az Report-a istinadən xəbər verir ki, o, Latviyada RFS və İtaliya "Fiorentina"sı arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununun UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 3-də oynanılacaq.