Türkiyəli generaldan İrana SƏRT MESAJ:

“İran Azərbaycana qarşı tək bir mərmi atacağı təqdirdə ilk növbədə bu ölkənin ərazi bütövlüyü təhlükə altına düşəcək”.

Bu fikirləri Metbuat.az-a özəl açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, Türkiyə Ordusunun ehtiyatda olan generalı Dr. Yücel Karauz deyib.

General xüsusilə bildirib ki, İran anlamalıdır ki, Azərbaycan yalnız deyil.

Yücel Karauz

“İran Azərbaycanın 44 günlük Vətən müharibəsindəki tarixi zəfərini həzm edə bilmir. İran davamlı olaraq Azərbaycana qarşı hədələyici, təxribatçı addımlar atır, bu ölkənin rəsmiləri, müvafiq qurumlarının təmsilçilərinin dilindən bölgədə əbədi sülhün əldə edilməsinə, Zəngəzur dəhlizinin açılmasına qarşı həddini aşan bəyanat və açıqlamalar səsləndirilir. İkinci Qarabağ savaşında Ermənistana yardım etməklə kifayətlənməyən İran, son vaxtlar “Ermənistanın varlığı İranın varlığıdır” kimi açıqlama verməyə başlayıb. Əgər Tehran Türkiyə və Azərbaycana qarşı neqativ davranışlarını bir də praktiki olaraq həyata keçirmək niyyətinə düşərsə, lazımı qarşılığında cavabını da alacaqdır”.

Yücel Karauz xatırlatdı ki, İran hazırda Yəmən, Suriya, İraqda öz aləminə görə mübarizə aparır. Belə gərgin bir vəziyyətdə İranın Azərbaycanla qarşıdurmaya girməsi Tehranın sonunun başlanğıcı ola bilər.

“Bilindiyi kimi, Şuşa bəyannaməsi ilə qarşıdakı mərhələdə Bakının güvənliyi Ankaradan, Ankaranın güvənliyi Bakıdan keçməkdədir. Bizim heç bir dövlətin ərazi bütövlüyünə qarşı iddiamız yoxdur. Beynəlxalq hüquqdan irəli gələn bütün haqlara hörmətlə ilə yanaşırıq. Azərbaycan ərazilərinə qarşı ediləcək hər hansı bir fəaliyyət , yaxud da Türkiyəyə qarşı edilən hər hansı fəaliyyət hər iki ölkəyə qarşı atılan addım sayılır. Əgər İran ağıllı olub, doğrunu yalnışdan ayıra bilərsə parçalanmaq təhlükəsi ilə üz-üzə qalan daxili və xarici siyasətini də xilas etmiş olacaqdır”- deyə müsahibimiz fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR