AMEA-nın 73 yaşlı yeni prezidenti kimdir? -

Xəbər verdiyimiz kimi, akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib.

Metbuat.az yeni prezidentin dosyesini təqdim edir:

İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan MSSR-in Şərur rayonunun Danzik kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

O, filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. həmçinin Əməkdar elm xadimidir.

1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər. isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışıb.

2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir.

İsa Həbibəyli Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub.

III, IV və V çağırış Azərbaycan Milli Məclisinin millət vəkili olub. Hal-hazırda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, Milli Məclis yanında Toponimiya komissiyasının sədridir. Çin, Danimarka, Estoniya, Finlandiya, Kuba, Qırğızıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.

Həbibbəyli 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, 3 övladı var.

Xatırladaq ki, bu ilin fevral ayında AMEA-nın prezidenti Ramiz Mehdiyev vəzifəsindən istafa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR