Paşinyan Simonyan və Zatulini niyə Ermənistana buraxmır? -

Ermənistan hakimiyyəti Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin ölkəyə girişinə qadağa qoyub.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzeti yazıb. Nəşr iddia edir ki, Zatulin Ermənistan hökumətini 44 günlük müharibədə məğlubiyyətdə ittiham edib, ölkənin daxili işlərinə qarışaraq Baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Məsələyə münasibət bildirən siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, rusiyalı deputatın bundan sonra erməni maraqlarından danışması belə ciddi qəbul olunmayacaq və analoji hal Simonyana da aiddir.

Asif Nərimanlı

"Bununla Ermənistan Rusiya Dövlət Dumasında və mediasında ciddi gücdən imtina etdir. Paşinyanın bu addımının siyasi oriyentasiyasını Qərbə çevirməsi ilə bağlı olduğu bəllidir. Zatulin Ermənistanın siyasi dairələri, xüsusilə Koçaryan-Sarkisyan komandası ilə yaxındır. Simonyanın rəhbərlik etdiyi media resursları Ermənistanın maraqlarını müdafiə etsə də, siyasi hakimiyyətə qarşı mövqedən çıxış edir və Nikolun rəqibləri üçün platforma rolunu oynayır. Paşinyan anlayır ki, Rusiya maraqlarına bu qədər qarşı çıxdığı vaxt adekvat addımlarla üzləşəcək və bu addımlardan birinin də onun hakimiyyətdən devrilməsi ola biləcəyi istisna deyil. Bu təhlükəyə qarşı ilk tədbir də Kremlin emmisarlarını neytrallaşdırmaq oldu".

Qeyd edək ki, Marqarita Simonyan da öz Teleqram kanalında yazıb ki, onun Ermənistana girişi qadağa edilib.

"Uzun illər Ermənistanın qatı dəstəkçisi olan Konstantin Zatulinin Ermənistana girişi Ermənistanın hazırkı rəisi tərəfindən qadağan edilib. Yeri gəlmişkən, mənə də",- deyə Simonyan qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR