İranın məşhur ziyarətgahında terror -

Xəbər verdiyimiz kimi, İranın Şiraz şəhərində yerləşən Şahçerağ ziyarətgahı yaxınlığında silahlı şəxslər insanlara atəş açıb. Nəticədə 15 nəfər həlak olub, 40-dan çox şəxsin yaralanıb.

Metbuat.az xəbər verir ki, təhlükəsizlik qüvvələrinin hücumda əli olmaqda şübhəli bilinərək iki silahlını saxladığı, üçüncünün isə hələ də azadlıqda olduğu qeyd edilir.

Hadisənin terror aktı olduğu bildirilir. BMT İranın Şiraz şəhərində törədilən terror aktını pisləyərək, həlak olanların ailələrinə başsağlığı verib.

İŞİD terror qruplaşması İranda ötən gün törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR