Külli miqdarda pul yola səpələndi -

Çilidə soyğunçular polisin təqibindən xilas olmaq üçün maraqlı üsula əl atıblar.

Metbuat.az xəbər verir ki, paytaxt Santiaqoda mağazalardan birinə basqın təşkil edən soyğunçular külli miqdarda pul ələ keçiriblər. Onlar ərazidən uzaqlaşarkən polis təqib etməyə başlayıb. Təqib zamanı polisdən yayınmağa çalışan soyğunçular, ələ keçirdikləri pulları avtomobildən yola atıblar. Lakin polis təqibi dayandırmayıb. 6 şübhəli ələ keçirilib. Yola atılan 100 min dollara yaxın pulu polis toplayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR