Xoşbəxt Yusifzadənin adı "Happy Yusifzadeh" kimi qeyd edildi -

Sosial şəbəkələrdə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adının tərcümə zamanı "Happy Yusifzadeh" kimi qeyd olunmasına dair fotolar yayılıb. İstifadəçilər bildirirlər ki, SOCAR-ın ingilis dilində olan rəsmi saytına daxil olmaq olmasa da, saytda Xoşbəxt Yusifzadənin adı "Happy Yusifzadeh" kimi qeyd edilib.

Metbuat.az xəbər verir ki, məsələyə münasibət bildirən qurum qeyd edib ki, görüntünün şirkətlə heç bir bağlılığı yoxdur:

"Son günlər sosial şəbəkələrdə SOCAR-ın rəsmi internet saytı ilə heç bir əlaqəsi olmayan ekran görüntüsü (screenshot) paylaşılır. Qeyd etmək istəyirik ki, yeni istifadəyə verilmiş saytımızın ingilis dilində versiyası hazırlanır və ictimaiyyətə noyabr ayının sonuna qədər təqdim olunması nəzərdə tutulur. Sosial şəbəkələrdə paylaşılan fotolar isə "Google Chrome" brauzerinin avtomatik tərcümə funksiyası vasitəsilə edilib və şirkətimizə heç bir aidiyyəti yoxdur".

Bir 2 nəfər və bunu deyən yazı "SOcA SOCA AR SOCAR AR SOCAR AR AR SOCAR Happy HappyYusfadeh Yusifzadeh First Vice President Badal Badalov Vice-president on social issue" şəkili ola bilər


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR