Rusiyadan Qərbə etiraz -

“Taxıl sazişi”nə baxmayaraq Qərbin sanksiyalarına görə Rusiya taxılını dünya bazarlarına çıxara bilmir.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, İstanbulda imzalanan “Taxıl sazişi”nin şərtlərinə görə, Ukrayna taxılı ilə yanaşı Rusiya taxılı və gübrəsi dünya bazarlarına çıxarılmalı idi. Lakin Qərbin sanksiyaları buna mane olur. Açıqlamaya görə, saziş çərçivəsində 390 gəmi Ukrayna limanlarındakı 9 milyon tona yaxın taxılı dünya bazarlarına daşıyıb. Bu miqdarın yarısı Avropa Birliyi ölkələrinə daşınıb. Somali, Efiopiya, Yəmən, Sudan və Əfqanıstan kimi ölkələr BMT vasitəsi bu miqdarın sadəcə 3 faizini ala bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR