Pensiyaçılar üçün yaşayış minimumu artırılır

Gələn il Azərbaycanda pensiyaçılar üçün yaşayış minimumu artırılır.

Metbuat.az xəbər verir ki, bu, Hesablama Palatasının DSMF-nin gələn il üzrə büdcəsi ilə bağlı rəyində əksini tapıb.

Belə ki, növbəti il üzrə pensiyaçılar üçün yaşayış minimumu 23 manat və ya 13,1% artırılaraq 199 manat məbləğində nəzərdə tutulub. Bu da minimum pensiyadan 41 manat az və ya göstəricinin 82,9%-i həcmindədir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR