Şimali Koreya, ABŞ və Cənubi Koreya Hava Qüvvələrinin yarımada sahillərində təlimlər keçməsinə sərt reaksiya verib.

Metbuat.az xəbər verir ki, Şimali Koreyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, bu, mümkün işğal üçün hazırlıqdır. Açıqlamada deyilir ki, Pxenyan ölkənin müdafiəsi üçün lazım olan bütün müdafiə tədbirlərini tətbiq etməyə hazırdır. Bildirilib ki, ABŞ ciddi hərbi təxribatları davam etdirməyə israr edərsə, Şimali Koreya daha güclü cavab tədbirləri həyata keçirəcək.

Qeyd edək ki, ABŞ və Cənubi Koreya birgə təlimlərə 200 təyyarə cəlb edib.