Bakıda bu binalar SÖKÜLƏCƏK -

Paytaxtda istismar müddəti başa çatan 5 və 9 mərtəbəli binalar və fərdi yaşayış evləri söküləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov "XəzərXəbər"ə müsahibəsində bildirib.

Şəhər meri qeyd edib ki, söküntü SSRİ dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq:

"Bunun üçün proqram hazırlanıb və bu proqram əsasında bu proses aparılacaq", - mer açıqlamasında qeyd edib.

Onun sözlərinə görə, bu binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR