“Raketimiz yunanları özündən çıxardı” deyən Ərdoğandan şok mesaj:

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun test etdiyi “Tayfun” raketi barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, raketin mənzili 561 kilometrdir. Lakin Türkiyə daha uzun məsafəli raketlər hazırlayır. O deyib:

“Son test etdiyimiz “Tayfun” raketi yunanları özündən çıxardı. Afina raketin mənzili daxilindədir deyə yunanlar qorxmağa başladı. “Cenk” və “Gezgin” kimi yeni raketlərin müjdəsini verəcəyik. Maneələrə baxmayaraq müdafiə sənayemizi bu vəziyyətə gətirdik. Yunanıstanın son vaxtlar Türkiyəyə qarşı sərgilədiyi mövqeyi qəbul etmək mümkün deyil. Biz səssiz qala bilmərik.Boş danışmaq əvəzinə biz iş ortaya qoyacağıq. Yunanıstan ağlını başına almalıdır”.

Qeyd edək ki, Türkiyənin “Tayfun” raketini gizli şəkildə hazırladığı bildirilir. “Tayfun” yaxınmənzilli raketi Rizə şəhəri yaxınlığındakı hava limanından mobil platformadan buraxılıb. Raket 561 km məsafədə qət edərək Qara dənizin Sinop şəhəri sahillərinə düşüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR