"Qarabağ" - "Frayburq" qarşılaşmasından sonra "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov futbolçuları ilə tək-tək görüşərək onlara dəstəyini nümayiş etdirib.

Metbuat.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununda Almaniya "Frayburq"u ilə 1:1 edib.