İran kanalında təxribat:

İranın "Səhər" kanalı Azərbaycan şəhərlərini İranın tarixi ərazisi adlandırıb.

Metbuat.az xəbər verir ki, "Səhərin salamı" verilişində aparıcı canlı efir zamanı "İranın əzəli və əbədi torpaqları olan İranın şimalından Bakıdan, Gəncədən ta cənubundək, xüsusi olaraq Naxçıvanda yaşayan bacı-qardaşlarımızı salamlayıram" deyərək efirə başlayıb. Digər aparıcı Əmnqoster isə "Böyük şairimiz, həkim Nizami Gəncəvinin şeiri ilə bəslədiyi böyük ölkə İranın adı ilə salamlayırıq" ifadələrini işlədib.

Qeyd edək ki, ATV telekanalında yayımlanan "Bizimləsən" verilişində İranda baş verən etirazlara dəstək nümayiş olunub. Aparıcı Zaur Baxşəliyev İrandan bir çox izləyiciləri salamlayaraq onların mübarizə əzmini təqdir edib. Eyni zamanda "Xəzər Xəbər"in aparıcısı Nigar Mahmudova da canlı yayımda "O taylı, bu taylı Azərbaycan, axşamınız xeyir. Artıq Cənubi Azərbaycanı da salamlayırıq. Əvvəl Cənubi Azərbaycan, cənubi azərbaycanlılar ifadələrini işlətmirdik, İranın xətrinə dəyməmək üçün" deyərək verilişə başlamışdı.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR