İran təhdid etdi -

İranın kəşfiyyat naziri İsmail Hatib ölkədəki aksiyalara görə 4 ölkəni ittiham edib.

Metbuat.az İrna agentliyinə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, ABŞ, İsrail, Böyük Britaniya və Səudiyyə Ərəbistanı İrandakı aksiyaları maliyələşdirir. Nazir bildirib ki, həmin ölkələrin media qurumları da iranlıları aksiyalara təhrik edir. “Düşmən davranışların davam edəcəyi təqdirdə, İran səbr göstərəcəyinə zəmanət vermir” deyən nazir, təhdid bəyanatları səsləndirib.

“İran bu günə qədər strateji səbr etməyə üstünlük verdi.İran qarşılıq verməyə qərar verərsə, bu ölkələrdə sabitlik pozulacaq” - İranın kəşfiyyat naziri İsmail Hatib deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR