Azərbaycan əsilli futbolçu edam ediləcək -

İran məhkəməsi Azərbaycan əsilli keçmiş futbolçu Əli Daei barəsində ölüm hökmü çıxarıb.

Metbuat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Bildirilir ki, Məhza Əmininin öldürülməsinə qarşı etiraz aksiyalarında iştirak etməkdə günahlandırılaraq həbs edilən millinin keçmiş üzvündən bir müddətdir xəbər yoxdur. Rəsmi dairələr hələlik məsələ barədə açıqlama verməyib. Əli Daeinin vaxtilə futbol oynadığı “Bavariya” klubu məsələ barədə açıqlama yayıb. Klub açıqlamasında keçmiş futbolçusu Əli Kəriminin də yoxa çıxmasından narahatlıq ifadə edib.

Qeyd edək ki, İran parlamenti aksiyalar zamanı saxlanılanların edam edilməsi barədə qərar qəbul edib. Onların sayının 15 min olduğu irəli sürülür.

“Klub olaraq keçmiş futbolçularımız barədə narahatıq. Onların və ailələrinin yaxşı olduğunu eşitməyimizə ehtiyacımız var. İrandakı Almaniya səfirliyi ilə əlaqə saxladıq. Məsələni diqqət saxlayacağıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR