Sakinlər Xersona girən Ukrayna ordusunu göz yaşları ilə qarşıladı -

Rusiya ordusunun Xerson şəhərindən çəkilməsindən sonra Ukrayna ordusu şəhərə daxil olub.

Metbuat.az xəbər verir ki, hərbçilərin şəhərə daxil olmasını sakinlər sevinclə qarşılayıblar. Ukraynalı hərbçilərin gəldiyini görən sakinlər duyğulu anlar yaşayıb. Şəhərin mərkəzində Ukrayna bayraqları dalğalandırılıb.

Qeyd edək ki, Rusiya ordusu Xerson şəhərindəki müdafiə mövqelərini Dnepr çayının sol sahilinə çəkib. Bu barədə Rusiya ordusunun Ukrayna üzrə komandanı Sergey Surovikin Sergey Şoyqunun rəhbərliyi ilə keçirilən iclasda məlumat verib. Surovikin Ukrayna ordusunun su bəndinə hücumlarına diqqət çəkərək, daşqınların ola biləcəyini və bunun ciddi itkilərə səbəb olacağını ifadə edib. Surovikin buna görə də qüvvələrin geri çəkilməsini təklif edib. Şoyqu təklifi qəbul edərək bu barədə əmr verib. Bu Rusiyanın ilhaq edilmiş ərazilərdən ilk geri çəkilməsidir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR