Tennis üzrə Bakı çempionatının qalibləri bəlli oldu -

Bakıda tennis üzrə çempionat keçirilib.

Metbuat.az Azərbaycan Tennis Federasiyasına istinadən xəbər verir ki, noyabrın 7-də başlanan yarış 4 gün davam edib.

Çempionatda 12 yaşdan yuxarı 29 tennisçi mükafatlar uğrunda mübarizə aparıb. Müxtəlif yaş kateqoriyalarında keçirilən çempionatda 15 oğlan və 14 qız tək və qoşa yarışlarda qüvvəsini sınayıb.

Hətta veteran tennisçilərin də iştirakı yarışa maraq qatıb. Oğlanlardan Samir Qafarov, İmran Abdulla, Vasif Mütəllibov, Zaur Məmmədzadə, Ziya Ələkbərov, Asim Cəlilov, Yusif Rzayev, qızlardan isə Umayra Həşimova, Lalə Eyvazova, Reyhan Məmmədli, Lalə Kərimova, Zeynəb Hüseynzadə, Xədicə Cəfərquluzadə, Nurel Əliyeva mükafatçılar sırasına düşüb.

Yekunda qalib və mükafatçılar Azərbaycan Tennis Federasiyası tərəfindən medal və diplomlarla təltif olunublar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR