ANAMA BQXK əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib -

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına Partlayıcı Sursatların Təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Məlumata görə, tədbirin keçirilməsində məqsəd, işğaldan azad edilmiş ərazilərdə müvafiq fəaliyyətə cəlb olunan komitə əməkdaşlarının təhlükəsizlik qaydalarına riayət etməsi, şübhəli ərazilərin əlamətləri və təhlükəli ərazilərdə davranış qaydaları haqda məlumatlı olmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR