Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirəcək.

Metbuat.az xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olacaq.

Kişineudakı "Zimbru" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanı ukraynalı FIFA referisi Denis Şurman idarə edəcək.