Yerli məşhurların şəxsi həyatı, lüks malikanələri, bahalı avtomobilləri qədər toy qiymətləri də daim müzakirə edilən mövzulardandır. Övladının şad günündə müğənniləri görmək istəyənlər isə bunun üçün ətək-ətək pul ödəməlidirlər desək, yanılmarıq.

Metbuat.az xəbər verir ki, "Baku.ws" saytı bu dəfə məşhurların toy qonorarlarının nə qədər olduğunu araşdırıb. Məlum oldu ki, yarım saatlıq çıxış üçün qiymət bütöv toy qiymətindən ən azı 3 dəfə az olur. Yarım saatlıq ifaya 4-5 mahnı daxildir. Toyu əvvəldən sona kimi idarə edən müğənnilər ansambl, aparıcı, rəqs qrupu və ümumi şou-proqramın xərclərini də xidmət haqqına əlavə edir. Bu səbəblə də sənətçilər bütov toy idarəsi üçün yüksək məbləğdə pul tələb edirlər.

Tanınmış müğənnilərin toy qiymətlərini təqdim edirik:

Xalq artisti Brilliant Dadaşova toyda yarım saata 6000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə, sənətçinin alacağı məbləğ 15000 AZN-ə qədər yüksəlir.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Xalq artistləri Aygün Kazımova, Röya Ayxan və Miri Yusif toyda yarım saata 8000 AZN qazanırlar.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Xalq artisti Faiq Ağayev məclidə yarım saatı 4000 AZN-ə, bütöv toyu isə 8000 AZN-ə oxuyur.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Xalq artisti Tünzalə Ağayeva toydan yarım saata 4000 AZN qonorar əldə edir.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Xalq artisti Zülfiyyə Xanbabayeva məclidə yarım saatı 4500-5000 AZN-ə çıxış edir.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Əməkdar artist Elton Hüseynəliyev toydan yarım saata 4000 AZN qonorar əldə edir. Məclisdə ansamblla çıxış edərsə 12000 AZN qazanır.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Əməkdar artist Abbas Bağırov məclisdə ansamblla birgə 20000 AZN-ə çıxış edir.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Əməkdar artist Könül Kərimova toyda yarım saatı 3000 AZN-ə, ansambl ilə 8000 AZN-ə oxuyur.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Əməkdar artist Ədalət Şükürov məclisdə yarım saatı 3000 AZN-ə oxuyur.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Əməkdar artist Xumar Qədimova toyda yarım saatı 4000 AZN-ə çıxış edir.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Əməkdar artist Manana Caparidze məclisdə yarım saata 4500 AZN qonorar əldə edir.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Müğənni Xatirə İslam toyda yarım saatı 3500 AZN-ə çıxış edir. Bütün toyu isə 10000 AZN-ə oxuyur.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Meyxanaçı Namiq Qaraçuxurlu məclisdən yarım saata 3000 AZN qazanır.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Müğənni Nadir Qafarzadə toyda yarım saatı 4000 AZN-ə oxuyur.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Müğənni Günay İbrahimli və Sevda Yəhyayeva məclisdə yarım saatı 3000 AZN-ə çıxış edirlər.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan

Müğənni Rüfət Axundov toyda bir saatı 2000 AZN-ə, bütün toyu 4000 AZN-ə oxuyur.

Azərbaycanlı müğənnilərin dodaq uçuqladan