Millimiz ilk 45 dəqiqədə 2 qol vuraraq qalib oldu -

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

Metbuat.az xəbər verir ki, 2024-cü il Avropa çempionatının seçmə mərhələsinə hazırlıq xarakteri daşıyan matçda rəqib Moldova yığması olub. Kişineudakı "Zimbru" stadionunda oynanılan görüş Canni De Byazinin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İlk qolun müəllifi Emin Mahmudov olub. Belə ki, Mahmudov Ramil şeydayevin sol cinahdan ötürməsini bir toxunuşla qapıdan keçirib. 42-ci dəqiqədə isə Aleksey İsayev cərimə meydançasının xaricindən dəqiq zərbə ilə 2-ci topu moldovalıların qapısından keçirib. "Sabah"ın yarımmüdafiəçisi bununla milli komandada qol hesabını açıb.

Əsas vaxta əlavə olunmuş 2-ci dəqiqədə meydan sahibləri Nikita Motspanın qolu ilə fərqi azaldıb.

Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə başa çatıb - 2:1.

Bu, milli komandanın ardıcıl 4-cü qələbəsi olub. Yığma daha əvvəl UEFA Millətlər Liqasında Belarus (2:0), Slovakiya (2:1) və Qazaxıstanı (3:0) məğlub edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR