Azərbaycan Xarici İşlər Nazirliyi Latviyanı Milli Gün münasibətilə təbrik edib.

Metbuat.az xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.

“Milli Gün münasibətilə Latviya hökuməti və xalqına ən xoş diləklərimizi və ürəkdən təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Latviya!”, - paylaşımda bildirilib.