Xəbər verdiyimiz kimi, Qətərdə keçirilən dünya çempionatının B qrupunun ilk turunda ABŞ və Uels yığmaları üz-üzə gəlib. Matç 1 :1 hesablı heç-heçə ilə başa çatıb.
Metbuat.az xəbər verir ki, ilk hesab 36-cı dəqiqədə açılıb. Belə ki, Timoti Vea Şimali Amerika təmsilçisini önə çıxarıb. 82-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən Qaret Beyl komandasına bərabrəlik gətirib.
Məlum olub ki, Timoti Vea Liberiyanın dövlət başçısı Corc Veanın oğludur. Corc Vea 2107-ci ildən Liberiyanın prezidentidir. Siyasətə gəlməzdən öncə isə o, uzun müddət futbolda karyerasını davam etdirib. PSJ, "Çelsi", "Manşester Siti" kimi komandaların şərəfini qoruyub.
