Orta Şərqli məşhur stomatoloq Dr. Shrouk Torky Global Health Awards layihəsində təltif olundu -

Gözəllik etalonusağlam ağız və mirvari kimi dişlərlə tamamlanır. Estetik stomatologiyanın inkişafı insanları xəyallarındakı təbəssümə asanlıqla qovuşdurur.

Əslən misirli estetik stomatoloq Dr. Shrouk Torky 1983-cü ildə Səudiyyə Ərəbistanında anadan olub. O, 2005-ci ildə Qahirə Universitetinin “Ağız boşluğu və Diş Cərrahiyyəsi” fakültəsini bitirib. Estetik stomtologiya sahəsində əmin addımlarla irəliləyən Dr. Torky illərinverdiyi təcrübəyə əsaslanaraq xəstələri üçün hər zaman ən yaxşısını düşünüb

Hazırda Qətərdə yaşayan stomatoloq daim öz üzərində çalışır və təkmilləşir. O, öz sahəsində baş verən yenilikləri izləmək və tətbiq etmək üçün indiyə qədər xarici və yerli təlimlərdə iştirak edib və çoxsaylı sertifikatlar alıb. Dr.Torky Amerika Estetik Tibb Akademiyası, Səhiyyə keyfiyyəti üzrə, Diş lazeri üzrə sertifikatların sahibidir.

Hər zaman yeniliklərə açıq olan estetik stomatoloq xəyalınızdakı təbəssümü sizə bəxş etmək üçün ən yaxşı üsulları seçir. Peşəkar həkim bu barədə danışarkən bildirir ki: “Xəstələrimə bəxş etdiyim təbəssüm işimi daha böyük enerji və inamla davam etdirməyimə stimul verir”

Dr. Shrouk Torky 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The Successful Cosmetic Dentist” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR