​Peşəkar Futbol Liqasının yeni loqosu müəyyənləşib -

Peşəkar Futbol Liqasının yeni loqosu müəyyənləşib.

Metbuat.az xəbər verir ki, bu barədə Qurum məlumat yayıb.

130 nümunə arasından qalib seçilən Fərhad Sultanovun dizayn etdiyi loqo özündə bir neçə amili ehtiva edir:

1) Loqoda futbolu ifadə edən top təsvir olunub;

2) Mərkəzdə alov və buta silueti var. Onlar odlar yurdu Azərbaycana işarədir;

3) Loqodakı kürə qlobal dünya futbolunun simvoludur;

4) Alov və buta ilə ayrılan sahə qlobal futbolun ayrılmaz hissəsi olaraq bizim futbolu ifadə edir.

Qeyd edək ki, loqo müsabiqəsinin qalibi Fərhad Sultanov mükafatlandırılıb. Ən yaxşı loqonu hazırlayan F. Sultanov 2000 manat pul mükafatı qazanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR