Türkiyənin Düzce vilayətində baş verən zəlzələ ilə bağlı “Google”nin məlumat səhifəsində diqqətçəkən səhv qeydə alınıb.

Metbuat.az xəbər verir ki, zəlzələnin hiss olunduğu ölkələr arasında səhvən Böyük Britaniya da qeyd edilib. “6,1 bal gücündəki zəlzələ. Təsir görən ölkələr: Bolqarıstan, Kipr, Türkiyə, Yunanıstan, Rumıniya, Böyük Britaniya və Ukrayna” – deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, zəlzələnin episentri Düzce rayonunda yerin 6,8 km dərinliyində yerləşib. Zəlzələ nəticəsində yaralıların sayı 46-ya çatıb.

"Türkiyədə baş verən zəlzələ Böyük Britaniyada da hiss edilib" -