Qırıcılar Prezidentin təyyarəsini belə müşayiət etdi -

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevev Serbiyaya rəsmi səfər edib. Serbiya hakimiyyəti Prezident İlham Əliyevi xüsusi hörmətlə qarşılayıb. Belə ki, Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etmək üçün Serbiya öz qırıcılarını səmaya qaldırıb.

Metbuat.az xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə də olduqca müzakirə edilib. Sosial şəbəkələrdə qırıcıların Azərbaycan Prezidentinin təyyarəsini müşayiət etməsinin görüntüləri yayımlanıb.

Qeyd edək ki, hava limanında İlham Əliyevi serbiyalı həmkarı Aleksandr Vuçiç şəxsən qarşılayıb. Həmçinin dövlət başçısını Serbiya Prezidenti özü yola salıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR