​Özbəkistanın Tibbi Turizm Assosiasiyasının sədri Akobir Şükürov Bakıda təltif olundu -

Tibbi turizm turistlərə səyahət etdikləri ölkədə müalicə, profilaktika, diaqnostika və digər tibbi xidmətlərin göstərilməsini nəzərdə tutan bir turizm növüdür. Bu gün tibbi turizmin qlobal səviyyədə inkişafı hər bir dövlətin qarşısında duran prioritet məsələlərdəndir.

Akobir Şükürov Özbəkistanda, eyni zamanda həm tibb, həm də turizm sektorunun inkişafına təkan verən önəmli simalarından biridir. Əvvəəlcə Daşkənd Tibb Akademiyasının stomatologiya fakültəsini bitirən Akobir Şükürov daha sonra Səmərqənd Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsilini davam etdirir. Etdiyi doğru seçimlər sonralar onun karyerasının inkişafında önəmli rol oynayır. Gənclik illərində bir sıra tibb müəssisələrində həkim-stomatoloq kimi fəaliyyət göstərən Akobir Şükürov daha sonra Səmərqənd Rayon Səhiyyə İdarəsinin hüquq eksperti, 2016-cı ildən isə Səhiyyə Nazirliyinin bir sıra şöbələrində çalışır. Hazırda Özbəkistan Respublikası Tibbi Turizmin İnkişafı Assosiasiyasının sədri vəzifəsini icra edən Akobir Şükürov bu müddət ərzində səhiyyə sahəsini yaxşı bilən təşkilat rəhbəri kimi tanınıb. Özbəkistanda müalicə turizminin inkişafı, son illər tibb sahəsində əldə olunan nailiyyətlər, səhiyyədə yaradılan imkanlar məhz onun rəhbərliyi ilə baş tutub.

Asossasiya sədri Tibbi turizmin qlobal səviyyədə inkişafına yönəlik Belarus, Gürcüstan, İsrail, İtaliya, Rusiya, Türkiyə, Qazaxıstan kimi ölkələrdə yerləşən klinikalarla müalicə turizmi sahəsində əməkdaşlıqlar qurur.

Qeyd edək ki, 1 noyabr 2022-ci il tarixində Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri daha da genişləndirmək məqsədilə mövcud əməkdaşlıqların sırasına daha biri əlavə olunub. Belə ki, Azərbaycanın Sağlamlıq və Termal Turizmin İnkişafına Dəstək Assosiasiyası ilə Özbəkistanın Tibbi Turizm Assosiasiyası arasında əməkdaşlıq sazişi imzalanıb.

Akobir Şükürov hesab edir ki:

“Özündə bir neçə mənanı etiva edən tibbi turizm sahəsində qarşılıqlı olaraq təcrübələrin bölüşülməsi ölkələrimiz üçün önəmli addımdır”.

Akobir Şükürov 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “TheSuccessful Public Figure in Health İndustry” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR