Tovuz, 2 iyun, AZƏRTAC
Tovuz rayonunda torpaq mülkiyətçiləri 10 min hektara yaxın sahədə taxıl əkiblər. Taxılı vaxtında və itkisiz yığmaq üçün kənd təsərrüfatı texnikasının yığıma hazırlanması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Tovuz rayon Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Eldar Cəfərov AZƏRTAC-a bildirib ki, texnikanın taxıl yığımına hazırlığı başa çatıb. Taxıl yığımında 49 kombayndan, 127 ədəd qoşqu və digər texnikalardan istifadə olunacaq.
Bundan əlavə, hazırda rayonda ot çalımı davam edir. Ot çalımına 51 ədəd ot çalan aqreqatlar cəlb olunub.