Ronaldonun heyrətə gəldiyi anlar: Gördüklərinə inanmadı -

Dünya çempionatının H qrupunda keçirilən Portuqaliya-Qana qarşılaşmasının son dəqiqələrində maraqlı anlar yaşanıb.

Metbuat.az xəbər verir ki, hesab 3-2 olarkən, Portuqaliyanın qapıçısı Dioqo Kosta inanılmaz səhvə yol verib. Topu tutan qapıçı, ardınca onu yerə ataraq zərbə endirmək istəyib. Lakin bu zaman qapıçının arxasında dayanan rəqib oyunçu fürsətdən yararlanaraq, topu ələ keçirib. Bununla belə hücumçu topu qapıya göndərə bilməyib. Ronaldo həmin anları heyrət içində izləyib.

Qeyd edək ki, qarşılaşma Portuqaliyanın 3-2 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo 65-ci dəqiqədə penaltidən fərqlənib. 88-ci dəqiqədə isə Ronaldo əvəzlənib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR