Qırğızıstan parlamentində yanğın baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb. Məlumata görə, yanğın zirzəmidə qeydə alınıb. Dərhal deputatlar təxliyə edilib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın nəzarət altına alınıb. Hadisə zamanı ölən və yaralanan olmayıb. Hadisənin səbəbləri araşdırılır.