Levandovski dünya çempionatlarında ilk qolunu vurub

Polşa millisinin futbolçusu Robert Levandovski dünya çempionatlarında ilk qolunu vurub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu buna Qətərdə təşkil edilən mundialda nail olub.

Səudiyyə Ərəbistanı yığmasına qarşı C qrupunun II tur matçında fərqlənən İspaniya "Barselona"sının forvardı tarixi qolu göz yaşları ilə qeyd edib. 82-ci dəqiqədə fərqlənən Levandovski oyunda hələlik sonuncu - ikinci qolun müəllifi olub.

Qeyd edək ki, hazırda qarşılaşmada 2-ci hissə oynanılır və hesab avroplalıların xeyrinədir - 2:0.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR