Bədii gimnastlarımız Koreada qızıl medal qazanıblar -

Bədii gimnastlarımız Cənubi Koreyada keçirilən “The Fairy Korea” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Metbuat.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə, Səkinə İbrahimbəyli və Leyla Əliyevadan ibarət qrup hərəkətləri komandamız 3 lent və 2 top, həmçinin, 5 halqa ilə hərəkətlərdə qızıl medal qazanıb.

Leyli Ağazadə halqa və gürzlərlə hərəkətlərdə qızıl, lentlə hərəkətlərdə gümüş, topla hərəkətlərdə isə bürünc mükafata sahib olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR