​NATO-ya üzv ölkələrin xarici işlər nazirləri Ukrayna üçün toplandı

NATO-ya üzv olan ölkələrin xarici işlər nazirləri Rumıniyanın paytaxtı Buxarestdə bir araya gəlib.

Metbuat.az xəbər verir ki, nazirlər NATO-nun Strateji Konsepsiyasının həyata keçirilməsini, Ukraynaya dəstək və digər məsələləri müzakirə edir. Ukraynanın xarici işlər naziri Dmitro Kubela da Buxarestə gedib. Toplantıda Ukraynanın ehtiyac duyduğu vasitələr müzakirə edilir. Rusiyanın raket hücumlarından sonra Ukraynaya verilə biləcək dəstək nəzərdən keçirilir.

Qeyd edək ki, Rusiyanın raket hücumlarından sonra Ukrayna mülki obyektləri sıradan çıxıb. Kiyev sakinləri çətinliklərlə üzləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR