"Qaraheybət" şəhidi Emil Nəzirovun anım günüdür -

Bu gün "Qaraheybət" faciəsindən bir il ötür. O gün çox çətin və ağır idi. Ölkəmizi yasa boğan həmin qəzada Azərbaycan xalqı 14 hərbi qulluqçusunu bir gündə itirdi.

Metbuat.az xəbər verir ki, onlardan biri də Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı olan polkovnik Nəzirov Emildir.

Emil Nəzirov 1969-cu ilin 4 fevralında Lənkəran rayonunun Veravul kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra Nəzirov 1987-ci ildə öz istəyi ilə Leninqrad vilayətindəki Lomonosov adına hərbi aviasiya mühəndisləri məktəbinə daxil olub və 1990-cı ildə oradan məzun olub. 1990-cı ildə hərbi təhsilini başa vuran şəhid, leytenant rütbəsində göndərişlə Zaqafqaziya hərbi dairəsinin indiki Hacı Zeynalabdin qəsəbəsində yerləşən N saylı hərbi hissəsində təyyarə texniki vəzifəsində xidmətə başayıb. 1992-ci ilin əvvəllərindən könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılmış və Qala qəsəbəsindəki "N" hərbi hissədə Mi-24 helikopterində bort-texnik atıcı qismində xidmətə başlayıb.

Bir 1 nəfər və ayaqda şəkili ola bilər

Emil həm də Birinci Qarabağ müharibəsində iştirak edib. Xidməti dövründə "Ka-27" tipli helikopterdə bort-texnik kimi, sonra isə bort-texnik təlimatçı qismində fəaliyyət göstərib. 1997-ci ildən 2000-ci ilə qədər Qala hərbi şəhərciyindəki hərbi hissədə "Mi-8" helikopterinin bort-texnik vəzifəsində xidmət edib və elə həmin il Azərbaycan Silahlı Qüvvələri sıralarından kapitan rütbəsi ilə ehtiyata buraxılıb.

Üç il sonra yenidən Azərbaycan Silahlı Qüvvələri sıralarına DSX-nin zabiti kimi geri dönüb və ilk aviasiya dəstəsinin yaradıcılarından olub. Yenidən "Mi-8" helikopterində bort-texnik qismində xidmətə başlayıb, 2005-ci ildə "Mi-8 MTV" helikopterində bort-texnik təlimatçı vəzifəsini icra edib. Təlimatçı işlədiyi dövrlərdə bir sıra hərbi kadrların yetişməsində böyük rolu olub. 2008-ci ildə isə mayor rütbəsində eskadrilya komandirinin müavini vəzifəsində xidmət edib.

2015-ci ilin sentyabr ayının 7-də isə Nəzirov polkovnik-leytenant rütbəsinə yüksəlib. 2015-ci il dekabr ayının 9-da Aviasiya İdarəsinin uçuş mühəndisliyi şöbəsinin helikopter və mühərriklər üzrə baş zabit-mühəndis vəzifəsinə təyin olunub.

Vətən müharibəsində Emil Nəzirov fəal iştirakçısı edib və "Vətən uğrunda" medalı ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR