Messini hədələyən boksçu üzr istədi -

Meksikalı boksçu Saul Alvares Lionel Messini hədələdiyi üçün onun özündən və Argentina xalqından üçün üzr istəyib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, ölkəsinə bəslədiyi məhəbbətə görə, Messiyə qarşı yersiz ifadələr işlədib. Alvarez səhvini anladığını etiraf edib.

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatında Meksika ilə oyundan sonra Messi soyunub-geyinmə otağında Meksika millisinin formasını ayağı ilə basmışdı. Görüntülərin yayılmasından sonra Saul Alvares Messini hədələmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR