Azərbaycanda ÜST-nin Səhiyyə Hesablama Sisteminin tətbiqi imkanları araşdırılır

Azərbaycanda səhiyyə hesablama sisteminin tətbiqi və səhiyyə xərclərinin izlənməsinin qiymətləndirilməsi üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının Azərbaycana səfəri yekunlaşıb.

Metbuat.az ÜST-nin Azərbaycandakı nümayəndəliyinə istinadən xəbər verir ki, ekspertlər Dövlət Statistika Komitəsi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) görüşlər keçirib.

Daha sonra təşkil olunan seminarda ekspertlər səhiyyə xərclərinin izlənilməsi, məlumatların və beynəlxalq müqayisələrin aparılması üçün nəzərdə tutulan ÜST-nin Səhiyyə Hesablama Sistemi (SHS) aləti haqqında məlumat verib və yerli qurum nümayəndələri ilə SHS-nin Azərbaycanda tətbiqi imkanlarını müzakirə ediblər. Seminarda həmçinin, son illərdə Azərbaycanın səhiyyə sistemində aparılan islahatlar, səhiyyənin maliyyələşmə mexanizmləri və səhiyyə xərclərinin axını haqqında danışılıb.

Qeyd edək ki, SHS səhiyyə sisteminin fəaliyyətini izləmək və qiymətləndirmək məqsədilə analitik alət kimi istifadə olunur. Bundan əlavə, səhiyyə xərclərinin SHS metodologiyasına əsaslanaraq izlənməsi üsulu siyasətçilərə ənənəvi fiskal təhlil ilə müqayisədə tibbi xidmətlərin istifadəsi haqqında zəngin məlumat verir.

ÜST Azərbaycanda səhiyyə sisteminin effektivliyinin artırılmasına dəstəyini davam etdirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR