DÇ-2022-də bu günün oyunları

Qətərdə təşkil olunan dünya çempionatında bu gün qrup mərhələsinə yekun vurulacaq.

Metbuat.az xəbər verir ki, G və H qrupunun oyunlarından sonra 1/8 finalın bütün iştirakçıları bəlli olacaq.

G qrupunda Braziliya yığması Kamerunla qarşılaşacaq. Digər matçda isə İsveçrə seçməsi Serbiyanı sınağa çəkəcək

H qrupunda isə Portuqaliya millisi Cənubi Koreya yığması ilə üz-üzə gələcək. Digər oyunda isə Qana və Uruqvay seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər.

G qrupu

23:00. Kamerun - Braziliya

23:00. Serbiya - İsveçrə

H qrupu

19:00. Qana - Uruqvay

19:00. Cənubi Koreya - Portuqaliya



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR