Əhməd Obalı​ Xudafərin körpüsünü ziyarət etdi -

Bu gün Güney Azərbaycanın milli fəalı, Günaz TV rəhbəri Əhməd Obalı Xudafərin körpüsünə səfər edib.

Metbuat.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Əhməd Obalının işğaldan azad edilən Cəbrayıl və Zəngilana səfərinin ilk ünvanı Xudafərin körpüsü olub.

“Mən 42 il əvvəl Arazın o tayından ayrılmışam, uzun müddətdir ki, o torpaqlara gələ bilmirəm. Ancaq zaman yaxınlaşır. Xudafərin körpüsü bir xalqı ayırmaq üçün tikilməyib, Arazın o tay və bu tayındakı bir xalqı birləşdirib” - Ə.Obalı səfər təssüratlarını bölüşüb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR