Türkiyənin F-16-ları Azərbaycan səmasında -

Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri birgə hərbi təlimlərə başlayıb.

Metbuat.az xəbər verir ki, birgə təlimlərə Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” qırıcıları da cəlb edilib. Bu barədə Türkiyə Müdafiə Nazirliyinin feysbuk səhifəsində məlumat verilib.

Xatırladaq ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR