Mahir Emreli “Dinamo”ya qayıdacağı vaxt bəlli oldu

Mahir Emrelinin Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının düşərgəsinə qayıdacağı tarix bəlli olub.

Metbuat.az xəbər verir ki, 25 yaşlı hücumçu dekabrın 19-da Zaqreb təmsilçisinə qoşulacaq.

Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, komandanın baş məşqçisi Ante Çaçiç ötən ay yığmanın Moldova və Şimali Makedoniya millilərinə qarşı yoldaşlıq matçlarında iştirak etmiş forvarda əlavə istirahət verib.

Xatırladaq ki, Mahir Emreli bu ilin fevral ayından “Dinamo”da çıxış edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR