Dərman qıtlığı ilə bağlı məsələ nəzarətə götürülüb -

"Hökumət dərman qıtlığı ilə bağlı məsələni nəzarətə götürüb".

Metbuat.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov parlamentin dekabrın 9-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda həyati vacib dərman təminatında hər hansı ciddi çətinlik müşahidə olunmur: "Azərbaycanda əhalinin istifadə edə biləcəyi dərman vasitələrinin 95 faizindən çoxu idxal edilir. Dərmanların yarısı Türkiyə, Almaniya, Birləşmiş Krallıq, Ukrayna və Belarusun payına düşür. Sadalanan ölkələrdən beynəlxalq səviyyəli səbəblərdən dərman qiyməti və təminatında mənfi təsirlər müşahidə olunur".

Nazir həmçinin qeyd edib ki, 277 dərmanın qiyməti dəyişib. Onun sözlərinə görə, Azərbaycanda dərmanların qiymətlərinin tənzimlənməsini Tarif Şurası müvafiq qaydalara uyğun həyata keçirir: "Şuranın tənzimlədiyi 13 493 adda dərmandan son qiymət artımı səbəbindən 277 adda dərmanın qiyməti dəyişib. Bu da ümumi dərmanların 2 %-ni təşkil edir. Onlardan da 126-sı Rusiya, Ukrayna və Belarus istehsalıdır. Bu ölkələrdən dərman idxalında qiymət artımı qaçılmaz idi. Son zamanlar bir neçə adda dərman çatışmazlığı, təchizatı məsələsində problemlər qaldırılıb və hökumət bunu da ciddi nəzarətə götürüb".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR