Eldar Qasımov “Avroviziya”nın prodüseri olacaq

Müğənni Eldar Qasımov "Avroviziya” mahnı yarışmasına qayıdır.

Metbuat.az xəbər verir ki, bunu sənətçi özünün sosial media hesabında paylaşıb.

Bildirib ki, ona yarışmanın Azərbaycan nümayəndə heyətinin prodüseri olmaq təklif edilib:

“Bu dəfə peşəkar mənada yenidən ora qayıdıram. “Avroviziya-2023”-ə Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri olmaq təklifini qəbul etdim”.

Qeyd edək ki, Eldar müğənni Nigar Camalla birgə ifa etdiyi "Running scared" mahnısı ilə “Avroviziya-2011"in qalibi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR