​Kabildə çinlilərin qaldığı otelin yaxınlığında partlayış baş verdi

Kabildə çinlilərin qaldığı otelin yaxınlığında partlayış səsləri eşidilib.

Metbuat.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Bildirilir ki, partlayışdan sonra silah səsləri eşidilib. Şahidlər partlayışın çox şiddətli olduğunu və silah səsləri eşitdiklərini bildiriblər. Məlumata görə, çinlilərin qaldığı oteldə yanğın başlayıb. Hadisənin detalları barədə məlumat verilməyib. Çinin Kabildəki səfirliyi məlumatı təsdiq edib. Hadisənin yaxından izlənildiyi bildirilib. Səfirlik lazımi tədbrilərin görüldüyünü açıqlayıb.

Qeyd edək ki, Əfqanıstanda son zamanlar İŞİD terrorçuları fəallaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR