"Yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir" -

"Baş verən yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir".

Metbuat.az xəbər verir ki, bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev feysbukda deyib.

"Əziz dostlar, doğmalarınıza, yaxınlarınıza imkan verməyin avtomobili yüksək sürətlə sürsünlər. Onlara anladın ki, onları gözləyən var. Baş verən yol-nəqliyyat hadisələrində əsas səbəb sürətdir, sürətdir, sürətdir. Sürət yolu deyil, ömrü qısaldır", - o bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakı-Quba yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində "Mercedes-Vito" markalı mikroavtobusla TIR toqquşub.

Nəticədə mikroavtobusun sürücüsü də daxil olmaqla 6 nəfər həlak olub, TIR sürücüsü xəsarət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR