FIFA Qətərdə keçirilən Dünya Çempionatının finalında Ukrayna prezidenti Volodimir Zelenskinin sülhlə bağlı videomüraciətini yayımlamaqdan imtina edib.
Metbuat.az xəbər verir ki, bu barədə məlumatı CNN öz mənbələrinə əsasən yayıb.
Qeyd edilib ki, Zelenskinin Ofisi FIFA-ya müraciət edərək dekabrın 18-i keçiriləcək finaldan əvvəl stadionda Zelenskinin çıxışının yayımlanmasını təklif edib. Federasiya isə bundan imtina edib.