Formula 1: Azərbaycan Qran-Prisi nə vaxt başlayacaq?

2023-cü il Formula 1 Azərbaycan Qran-Prisinin proqramı açıqlanıb.

Metbuat.az Formula 1-ə istinadla xəbər verir ki, aprelin 28-30-da Bakı şəhər halqasında keçiriləcək yarışda ilk dəfə sprint yürüş təşkil olunacaq.

Aprelin 28-də saat 13:30-da birinci sərbəst yürüş, 17:00-da isə təsnifat mərhələsi start götürəcək. Aprelin 29-da ikinci sərbəst yürüş də 13:30-da başlayacaq. Pilotlar sprint yürüşündə mübarizəyə 17:30-da qoşulacaqlar.

Azərbaycan Qran-Prisi isə aprelin 30-da 15:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR