Çempionat bitdi -

Qətərdəki dünya çempionatında qalib penaltilər seriyasında məlum olub.

Metbuat.az xəbər verir ki, penaltilər seriyasında Argentina 4:2 hesabı ilə finalda Fransa yığmasını məğlub edərək üçqat dünya çempionu olub.

Qeyd edək ki, Cənubi Amerika təmsilçisi daha əvvəl 1978 və 1986-cı illərdə dünya kubokunu qazanıb.



21:44

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında penaltilər seriyası olacaq.

Metbuat.az xəbər verir ki, görüşün əlavə vaxtında hesab bərabərə qaldı - 3:3.

Bu səbəbdən qalibi müəyyənləşdirmək üçün 11 metrlik cərimə zərbələrindən istifadə ediləcək.


21:37

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları dramatik oyun hələ də davam edir.

Metbuat.az xəbər verir ki, əlavə edilən 30 dəqiqədə Messi Argentina yığmasına yenidən önə keçirsə də, Kilian Mbappe het-trik edərək hesabı yenidən bərabərləşdirib -3:3


21:30

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları dramatik oyun davam edir.

Metbuat.az xəbər verir ki, matça əlavə edilən 30 dəqiqədə Messi yenidən qol vurub.

Hesab Argentinanın xeyrinədir: 3:2


21:02

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final matçında əlavə vaxt oynanılacaq.

Metbuat.az xəbər verir ki, buna səbəb görüşün əsas vaxtının 2:2 hesablı heç-heçə ilə başa çatmasıdır.

Komandalar qalibi müəyyənləşdirmək üçün əlavə 30 dəqiqə mübarizə aparacaqlar.


20:43

Fransa Argentina ilə qarşılaşmada qol vurub.

Metbuat.az xəbər verir ki, 80 və 82-ci dəqiqədə "xoruzların" oyunçusu Kilian Mbappe ard-arda 2 qol vurub.

Hesab bərabərləşib - 2:2


19:35

Qətərdəki dünya çempionatında Argentina Fransa millisi ilə qarşılaşmada 2:0 hesabı ilə öndədir.

Metbuat.az xəbər verir ki, ikinci qolun müəllifi 36-cI dəqiqədə Anxel Di Mariya olub.


19:23

Qətərdəki dünya çempionatında Argentina və Fransa yığmaları arasında keçirilən final oyununda hesab açılıb.

Metbuat.az xəbər verir ki, 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini önə keçirib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR