"Səmanı çəkin! Maradonanı göstərin bizə!" -

Xəbər verdiyimiz kimi, dünən Qətərdə baş tutan Dünya Çempionatı - 2022-nin qalibi Argentina olub.

Metbuat.az xəbər verir ki, Azərbaycanda futbolsevərlər üçün oyunu şərh edən Tural Dadaşov və Gündüz Abbaszadə olub.

Matçın sonunda şərhçi Tural Dadaşov Argentinanın qələbəsini bu sözləri ilə izləyicilərə çatdırdı: "Cənab rejissor, yuxarını göstərmək lazımdır! Səmanı çəkin! Maradonanı göstərin bizə! Mən əminəm ki, o, buludları aralayıb baxır bu oyuna. Dieqo xoşbəxtdir!".

Onun bu fikirləri futbolsevərlər tərəfindən maraqla qarşılanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR